"İnter"in futbolçusu Mauro İkardi komandadan ayrılacağı iddialarına cavab verib.
Qol.az-ın məlumatına görə, bu barədə şəxsi "İnstagram" hesabından paylaşım edən 26 yaşlı hücumçu komandaya sadiq olduğuna işarə vurub:
"Həqiqi sevgi çətin anlarda ortaya çıxır. Mən də çətin anlarda "İnter"də qalmağa qərar verdim. Vurduğum qollarla komandanın daha güclü olmasına kömək oldum. Maliyyə "Fair-pley" problemlərində, yaşadığımız çətinliklərdə, bir çox insanın bizi dəyərli komanda olmadığımızla günahlandırdığı vaxtlarda və s. hər şeyə rəğmən "İnter"in yanında oldum. Bu rənglərə olan sevgimə görə çox az peşəkar futbolçunun rədd edə biləcəyi təklifləri geri çevirdim. Bütün bu fədakarlıqları bu rənglərə olan sevgimə və insanlara olan hörmətimə görə eləmişəm. Hazırda bu hisslərin rəhbərlik tərəfindən qarşılıqlı olub-olmadığını bilmirəm. Ailə daxilində yaxşı və ya pis hadisələr ola bilər. Amma aradakı hörmət itməməlidir. Bunlar mənim "İnter"də olanda və hər zaman qoruduğum, ömür boyu uğrunda mübarizə apardığım dəyərlərdir".
Qeyd edək ki, Milan təmsilçisi yeni müqavilə məsələsində razılığa gələ bilmədiyi argentinalı oyunçudan kapitanlıq sarğısını alıb və heyətdən kənarlaşdırıb.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi