"Gökdəniz şərəfsiz hərəkət edib" - "Rubin" rəsmisindən şok sözlər

"Gökdəniz şərəfsiz hərəkət edib" -  "Rubin" rəsmisindən şok sözlər
DÜNYA FUTBOLU 1 Mart 2019 / 13:00 4522
-  A +

Ötən mövsümün sonu "Rubin"də futbolçu karyerasını başa vuran Gökdəniz Qaradəniz sabiq klubunu Rusiya Futbol Federasiyasına şikayət edib.

Qol.az-ın "Fanatik"ə istinadən yaydığı xəbərə görə, 10 il Kazan təmsilçisində çıxış edən Türkiyə millisinin sabiq üzvü 2.5 aylıq maaşının - 625 min avronun ödənməməsi səbəbindən bu addımı atıb.

"Rubin"in baş direktoru Rustam Şaymanov məsələ ilə bağlı Rusiya mətbuatına şok açıqlamalar verib. O, komandanın unudulmazları arasında sayılan sabiq kapitanın etdiyini şərəfsizlik adlandırıb: "Kazanın son qəhrəmanlarından biri olan Gökdəniz bizi pis mənada təəccübləndirdi. Onsuz da biz ondan pullarından imtina etməsini istəmirdik. Bu pulları ona təbii ki, ödəyəcəyik. Amma o, kasıb deyil. Hətta borclarını faizi ilə birlikdə istəyir. Çox çirkin və şərəfsiz hərəkətdir. Gökdəniz 10 il bizdə oynayıb və Kazanın hər zaman ürəyində olacağını demişdi. Bu illər ərzində hər kəsin sevgisini qazandı, ancaq indi borclarını faiziylə istəyir".

Qeyd edək ki, G, Qaradeniz "Rubin"in heyətində ümumilikdə, 300 oyuna çıxıb, 52 qol vurub, 57 qol ötürməsi verib. O, komandasıyla 2 dəfə ölkə çempionu, 1 dəfə ölkə kuboku və 2 dəfə superkubokun sahibi olub. Türk futbolçunun 61 nömrəli forması isə əbədiləşdirilib.

Son xəbərlər