“Barselona”dan Modriçə atmaca – Şəkil

“Barselona”dan Modriçə atmaca –  Şəkil
DÜNYA FUTBOLU 1 Mart 2019 / 10:30 4929
-  A +

"Barselona" İspaniya kubokunun yarımfinal mərhələsinin cavab görüşündə "Real”a qalib gəldikləri (3:0) oyundan sonra  Madrid klubunun futbolçusu Luka Modriçə zarafat edib.

Qol.az xəbər verir ki, Kataloniya təmsilçisi rəsmi Tvitter səhifəsində xorvatiyalı yarımmüdafiəçinin yerə yıxılarkən Lionel Messinin formasından dartdığı epizodu paylaşıb. Fotonun altında isə yazılıb: "Messinin formasını klubumuzun internet mağazasından  almaq daha asan olar".

Xatırladaq ki, Modriç "Qızıl top" mükafatının son qalibidir.


Son xəbərlər