UEFA Ramosu cəzalandırdı

UEFA Ramosu cəzalandırdı
DÜNYA FUTBOLU 28 Fevral 2019 / 22:18 3733
-  A +

UEFA “Real”ın kapitanı Serxio Ramosu cəzalandırıb.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, buna səbəb 32 yaşlı müdafiəçinin Çempionlar Liqasının 1/8 final mərhələsinin “Ayaks”la ilk oyununda (2:1) bilərəkdən sarı vərəqə alması olub.

O, 89-cu dəqiqədə gördüyü sarı vərəqə ilə cəzalı duruma düşüb. UEFA İspaniya millisinin üzvünə əlavə bir oyunluq da cəza verib. Yəni Ramos “Ayaks”la cavab matçını və komandası mərhələni keçərsə, 1/4 finalın ilk oyununu da buraxacaq.

Bundan, başqa Ramos 1500 avro cərimə də olunub.

Son xəbərlər