"Barselona"nın "El-Klassiko" heyəti açıqlandı

"Barselona"nın "El-Klassiko" heyəti açıqlandı
DÜNYA FUTBOLU 27 Fevral 2019 / 01:19 5048
-  A +

Bu gecə İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Real"la qarşılaşacaq "Barselona"nın yekun heyəti açıqlanıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Kataloniya klubunun baş məşqçisi Erneto Valverde iştirak ərizəsinə 19 futbolçunun adını daxil edib. Müdafiəçilər Tomas Vermalen və Ceyson Murilyo ilə yanaşı, yarımmüdafiəçilər Serxi Samper və Kevin-Prins Boatenq "El-Klassiko"da oynaya bilməyəcəklər. Əvəzində isə zədəsini sağaldan oyunçular - Yasper Silessen və Artur Melo yenidən sıraya qayıdıblar.

Qapıçılar: Mark-Andre ter Ştegen, Yasper Silessen, İnyaki Penya

Mdafiəçilər: Nelson Semedu, Kleman Lanqle, Jerar Pike, Samuel Umtiti, Serxio Roberto, Jordi Alba

Yarımmüdafiəçilər: İvan Rakitiç, Filippe Koutinyo, Artur Melo, Usman Dembele, Serxio Busqets, Arturo Vidal, Karles Alenya

Hücumçular: Lionel Messi, Luis Suares, Malkom

Qeyd edək ki, "Real" - "Barcelona" oyunu Bakı vaxtı ilə 00:00-da start götürəcək. İlk qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

Son xəbərlər