Firmino 1 oyunu buraxacaq

Firmino 1 oyunu buraxacaq
DÜNYA FUTBOLU 26 Fevral 2019 / 18:55 1372
-  A +

İngiltərə Premyer Liqasının 27-ci turunda "Mançester Yunayted"lə oyunda (0:0) zədələnən "Liverpul"un hücumçusu Roberto Firminonun durumuna aydınlıq gəlib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, topuğundan xəsarət alan braziliyalı futbolçunun zədəsinin ciddi olmadığı məlum olub. Bu barədə komandanın baş məşqçisi Yurgen Klopp məlumat verib. Almaniyalı mütəxəssis bildirib ki, forvard sabahdan etibarən məşqlərə başlaya bilər.

Onun 28-ci turda sabah "Uotford"la keçiriləcək oyunu buraxacağı dəqiqdir. Ancaq Firmino martın 3-də 29-cu turun "Everton"la qarşılaşmasında forma geyinə biləcək.

Son xəbərlər