"Sarrinin qapıçını döyməyə də haqqı çatırdı" - Alan Şirer

"Sarrinin qapıçını döyməyə də haqqı çatırdı" -  Alan Şirer
DÜNYA FUTBOLU 25 Fevral 2019 / 14:50 3420
-  A +

“Bu, hörmətsizlikdir. Kepa bu hərəkəti ilə məşqçisini milyonlarla insanın önündə biabır etdi. Üstəlik bu hadisə Sarrinin böyük təyziq altında olduğu, klubdan göndəriləcəyi iddialarının olduğu bir vaxtda oldu”.

Qol.az-ın məlumatına görə, bu sözləri İngiltərə futbolunun əfsanəsi Alan Şirer “The Sun” nəşrindəki yazısında qeyd edib.

İngiltərə Liqa Kubokunun “Çelsi” ilə “Mançester Siti” arasında ötən gün  keçirilən final oyununda London klubunun baş məşqçisi Mauritsio Sarri ilə qapıçı Kepa Arrissabalaqa arasında baş verənlərə münasibət bildirən veteran futbolçu ispaniyalı qolkiperin hərəkətini kəskin tənqid edib: “Sarri oyundan sonra paltardəyişmə otağında Kepanı döysəydi belə, haqlı olardı. Qapıçının bu hərəkəti qarşılığında baş məşqçinin hər şeyə haqqı çatır”.

Xatırladaq ki, Sarri  penaltilər seriyasında  ehtiyat qolkiper Villi Kabalyeroya güvənmək istəyib. Ancaq Kepa bu qərarla razılaşmayaraq meydanı tərk etməyib. Penalitlər seriyasında  isə “Mançester Siti” 4:3 hesablı qələbə qazanıb.

Son xəbərlər
30.09.24  21:29

De Yonq qayıdır

30.09.24  15:53

Kurtua zədələndi