“Əvvəlcə vəziyyəti düzgün başa düşmədim. Analaşılmazlıq oldu”.
Qol.az xəbər verir ki, bu sözləri “Çelsi”nin baş məşqçisi Mauritsio Sarri İngiltərə Liqa kubokununun finalında “Mançester Siti” ilə keçirilən görüşdən sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis komandanın qapıçısı Kepa Arrizabalaqa ilə aralarında baş verənlər haqda danışıb. O, ispaniyalı qolkiperlə bir-birini düzgün anlamadıqlarını bildirib: “Kepanın ayağında qıcolma yarandığını və onun penaltilər seriyasına hazır olmadığını düşündüm. Ancaq belə deyilmiş, onun vəziyyəti yaxşı idi. Özümdən çıxdım. Sakitləşmək üçün tunelə tərəf getdim.
Kepa zədələndiyini zənn edərək onu əvəzləmək istədiyimi başa düşdükdən sonra problem həll olundu. O, haqlı idi. Bunu həkim onun yanından gələndən sonra başa düşdüm”.
Xatırladaq ki, Sarri penaltilər seriyasında ehtiyat qolkiper Villi Kabalyeroya güvənmək istəyib. Ancaq Kepa bu qərarla razılaşmayaraq meydanı tərk etməyib. Penalitlər seriyasında isə “Mançester Siti” 4:3 hesablı qələbə qazanıb.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu