"İnter" qələbəni əldən verdi, "Napoli"dən darmadağın

"İnter" qələbəni əldən verdi, "Napoli"dən darmadağın
DÜNYA FUTBOLU 25 Fevral 2019 / 02:18 2845
-  A +

İtaliya A Seriyasında 25-ci turun qarşılaşmaları davam edir.

Qol.az-ın məlumatına görə, 3-cü oyun günündə daha 6 görüş keçirilib. Mərkəzi oyunda "İnter" səfərdə "Fiorentina"nın qonağı olub. Milan təmsilçisi 74-cü dəqiqəyə kimi 2 top fərqi ilə hesabda öndə olsa da, 2 qol buraxaraq, qələbəni əldən verib. "Napoli" isə səfərdə "Parma"nı darmadağın edib.

Turun bu gün keçirilməli olan "Latsio" - "Udineze" matçı isə birincilərin fevralın 27-də İtaliya kubokunun yarımfinal mərhələsinin "Milan"la ilk oyununa görə təxirə salınıb. Reqlamentə əsasən, bir komanda 48 saatdan tez növbəti oyuna çıxa bilməz.

Qeyd edək ki, A Seriyasına 69 xalla "Yuventus" başçılıq edir. "Napoli" 56 xalla 2-ci, "İnter" 47 xalla 3-cüdür. Dördüncü sıradakı "Milan"ın isə 45 xalı var.


İtaliya A Seriyası, 25-ci tur

24 fevral

"Sampdoriya" - "Kalyari"
Qol
: F. Kualiyarella, 66-pen.

"Kyevo" - "Cenoa" - 0:0

"Bolonya" - "Yuventus" - 0:1
Qol:
P. Dibala, 67

"Sassuolo" - SPAL - 1:1
Qollar:
F. Peluso, 43 (1:0), A. Petanya, 68-pen. (1:1)

"Parma" - "Napoli" - 0:4
Qollar:
P. Zelinski, 19 (0:1), A. Milik, 36 (0:2), 73 (0:3), A. Ounas, 82 (0:4)

"Fiorentina" - "İnter" - 3:3
Qollar:
S. de Vriy, 1-avtoqol (1:0), M. Vesino, 6 (1:1), M. Politano, 40 (1:2), İ. Perişiç, 52 (1:3), L. Muriel, 74 (2:3), C. Veretu, 90-pen. (3:3)

Son xəbərlər
30.09.24  21:29

De Yonq qayıdır

30.09.24  15:53

Kurtua zədələndi