"Real" 3 xalı penaltilərlə qazandı

"Real" 3 xalı penaltilərlə qazandı
DÜNYA FUTBOLU 25 Fevral 2019 / 01:36 3766
-  A +

İspaniya La Liqasında 25-ci turun daha 4 oyunu keçirilib.

Qol.az-ın məlumatına görə, "Atletiko" və "Real" turu qələbə ilə başa vurublar. Madrid təmsilçiləri, müvafiq olaraq, "Vilyarreal" (2:0) və "Levante" klublarına (2:1) qalib gəliblər.

La Liqada 25-ci tura bu gün yekun vurulacaq.

Qeyd edək ki, 25 turdan sonra turnir cədvəlinin ilk pilləsində 57 xalla "Barselona" qərarlaşıb. Kataloniyalıların ən yaxın izləyicisi "Atletiko"nun 50 xalı var. "Real" isə 48 xalla 3-cüdür.


İspaniya La Liqası, 25-ci tur

24 fevral

"Leqanes" - "Valensiya" - 1:1
Qollar:
C. Kondoqbiya, 22 (0:1), M. Braytvayt, 89 (1:1)

"Atletiko" - "Vilyarreal" - 2:0
Qollar:
A. Morata, 31 (1:0), S. Nyigez, 88 (2:0)

"Valyadolid" - "Betis" - 0:2
Qollar:
A. Mandi, 45 (0:1), Xoakin, 87 (0:2)

"Levante" - "Real" - 1:2
Qollar:
K. Benzema, 43-pen. (0:1), R. Marti, 60 (1:1), Q. Beyl, 78 (1:2)


25 fevral

"Jirona" - "Real Sosyedad"

Son xəbərlər
30.09.24  21:29

De Yonq qayıdır

30.09.24  15:53

Kurtua zədələndi