"Borussiya" evdə, "Ayntraxt" səfərdə sevindi

"Borussiya" evdə, "Ayntraxt" səfərdə sevindi
DÜNYA FUTBOLU 25 Fevral 2019 / 00:57 1788
-  A +

Almaniya Bundesliqasında 23-cü turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, lider "Borussiya" bu tur çətin qələbə qazanıb. Doğma meydanda "Bayer"i qəbul edən Dortmund təmsilçisi rəqibini 3:2 hesabı ilə məğlub edib. Günün ikinci qarşılaşmasında isə "Ayntraxt" səfərdə "Hannover"in qapısından 3 cavabsız top keçirib.

Turun son matçı bu gün "Leyptsiq" və "Hoffenhaym" klubları arasında oynanılacaq.

Qeyd edək ki, turnir cədvəlinə 54 xalla Dortmund "Borussiya"sı başçılıq edir. Rəqibindən 3 xal geri qalan "Bavariya" ikinci, Münhenqladbax "Borussiya"sı 3-cüdür. "Volfsburq" 38 xalla 4-cü, "Ayntraxt" isə 38 xalla 5-ci pillədə yer alır.


Almaniya Bundesliqası, 23-cü tur

24 fevral

"Hannover" - "Ayntraxt" - 0:3
Qollar:
A. Rebiç, 54 (0:1), L. Yoviç, 63 (0:2), F. Kostiç, 90 (0:3)

"Borussiya" (Dortmund) - "Bayer" - 3:2
Qollar:
D. A. Zaqadu, 30 (1:0), K. Holland, 37 (1:1), C. Sanço, 38 (2:1), M. Qötze, 60 (3:1), C. Tah, 75 (3:2)


25 fevral

"Leyptsiq" - "Hoffenhaym"

Son xəbərlər
30.09.24  21:29

De Yonq qayıdır

30.09.24  15:53

Kurtua zədələndi