"Atletiko" klubu rəsmi "Tvitter" səhifəsində La Liqanın 23-cü turunun "Real"la dünənki oyunundan (1:3) mübahisəli epizodların görüntüsünü paylaşıb.
Qol.az-ın xəbərinə görə, görüşün baş hakimi Xavyer Estrada Fernandesin 3 qərarı meydan sahiblərinin narazılığına səbəb olub. Onlar iddia edirlər ki, ikinci hissədə Kazemiro Alvaro Moratanı yıxsa da, referi penalti nöqtəsini göstərməyib. İkincisi, ilk yarının sonunda "Atletiko"nun qapısına təyin olunan penalti epizodunda Xose Ximenes Vinisius Juniora qarşı qaydanı cərimə meydançasından kənarda pozub. Nəhayət, "Atletiko" tərəfinin fikrincə, 55-ci dəqiqədə Moratanın vurduğu qolda oyundankənar vəziyyət yox idi.
Qeyd edək ki, Madrid derbisində "Real"a uduzan "Atletiko" 2-ci sıradakı mövqeyini itirib. Əvəzində "kral klubu" bu pilləyə yüksəlib.


"Şəfa"dan yeni transfer
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi
“Azərbaycan çempionatı gözlənilməzdir”
Razılıq əldə olundu, “Real”da qalır
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi