Tapılan meyitin Sala olduğu təsdiqləndi

Tapılan meyitin Sala olduğu təsdiqləndi
DÜNYA FUTBOLU 8 Fevral 2019 / 09:50 4516
-  A +

Uelsin "Kardif" klubunun yeni transferi  Emiliano Salanın da içində olduğu itən təyyarədən tapılan cəsədin kimliyi bəlli olub.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, tibbi ekspertiza meyitin Sala olduğunu müəyyən edib. Məlumatı İngiltərə polisi də təsdiqləyib. Hələlik pilot David İbbotson tapılmayıb.

Qeyd edək  ki, argentinalı futbolçu yanvarın 22-i Fransadan Kardiffə xüsusi təyyarə ilə yola salınıb. Ancaq hava gəmisi mənzil başına çatmazdan yarım saat əvvəl radardan itib.  Sonradan axtarış qrupu təyyarəni La Manş boğazından tapıb.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner