“Ramos meydandan qovulmalı idi” – Pike

“Ramos meydandan qovulmalı idi” –  Pike
DÜNYA FUTBOLU 7 Fevral 2019 / 21:06 3655
-  A +

“Barselona”nın futbolçusu Jerar Pike İspaniya Kral kubokunun yarımfinalında “Real”la keçirilən oyunun (1:1) hakimliyi ilə bağlı danışıb.

Qol.az xəbər verir ki, təcrübəli müdafiəçi “Daily Mail”ə açıqlamasında görüşün baş hakimi Mateo Laozun bəzi məqamlarda düzgün qərar vermədiyini bildirib:

“Hakim ümumilikdə matçı pis idarə etmədi. Ancaq Serxio Ramosun epizodunda düzgün qərar qəbul etmədi. Onu meydandan qovmalı idi. Nə etmək olar, oyundur”.

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 27-də keçiriləcək.

Son xəbərlər
30.09.24  21:29

De Yonq qayıdır

30.09.24  15:53

Kurtua zədələndi