"Barselona" Braziliyadan müdafiəçi aldı - rəsmi

"Barselona" Braziliyadan müdafiəçi aldı - rəsmi
DÜNYA FUTBOLU 1 Fevral 2019 / 00:25 4260
-  A +

"Barselona" yeni mövsüm üçün növbəti transferini həyata keçirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Atletiko Mineyro"nun futbolçusu Emerson Aparesido ilə 2024-cü ilin iyununa kimi müqavilə imzalanıb. Müqaviləyə əsasən, 20 yaşlı müdafiəçi iyulun 1-dən komandaya qoşulacaq. Bu transfer üçün Kataloniya təmsilçisi Braziliya klubuna 12 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Aparesido Braziliya çempionatında başa çatmış mövsümdə 23 matçda 1 qol vurub, 1 qolun ötürməsini verib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner