"Anri çağırdığı üçün "Monako"ya gəlmişdim" - Fabreqas

"Anri çağırdığı üçün "Monako"ya gəlmişdim" - Fabreqas
DÜNYA FUTBOLU 30 Yanvar 2019 / 11:45 3790
-  A +

"Monako"nun yeni transferi Sesk Fabreqas komandadakı baş məşqçi dəyişikliyinə münasibət bildirib.

Qol.az-ın Fransa mətbuatına istinadən  yaydığı xəbərə görə, o, Tyerri Anri  istefaya göndərildiyi üçün məyus olduğunu deyib:

" Bura gəlməyimin əsas səbəbkarı Anri idi. O, çağırdığı üçün "Monako"ya gəlmişdim. Tyerri məni çox yaxşı tanıyır. Məndən komandanın lideri olmağımı istəmişdi. Amma onunla  cəmi 2 oyuna çıxdıq. Fikirlərini və planlarını bilirdik. Ancaq gözlənilməz qərar verildi. Bu, şok effekti yaratdı. Məncə, Anri gələcəkdə çox yaxşı məşqçi olacaq".

Qeyd edək ki, Fabreqas yanvarın 11-i "Çelsi"dən "Monako"ya transfer olunub. Bir neçə gün əvvəl isə T.Anri istefaya göndərilib, baş məşqçi vəzifəsinə Leonardo Jardim təyin edilib. 

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner