Mançester klublarından uğursuz nəticə - Sulşerin ilk xal itkisi
İngiltərə Premyer Liqasında 24-cü tura start verilib.
Qol.az-ın məlumatına görə, ilk oyun günündə sensasiyalı nəticələr qeydə alınıb. Ole-Qunnar Sulşerin gəlişindən sonra çempionatda keçirdiyi 7 görüşün hamısında qələbə qazanan "Mançester Yunayted" gözlənilmədən öz meydanında xal itirib. "Börnli" ilə matçın 89-cu dəqiqəsinə qədər hesabda geri olan "qırmızı şeytanlar" 3 dəqiqəyə 2 qol vuraraq, məğlubiyyətdən qaça biliblər. Son çempion "Mançester Siti" isə "Nyukasl" səfərində gözlənilmədən uduzub. "Arsenal" isə doğma azarkeşləri önündə "Kardiff Siti"dən güclü olub - 2:1.
Qeyd edək ki, 24 turdan sonra "Mançester Siti" 56 xalla 2-ci, "Mançester Yunayted" isə 45 xalla 6-cıdır. 5-ci pillədəki "Arsenal"ın 47 xalı var. Turnir cədvəlinə isə "Liverpul" başçılıq edir. Əgər Yurgen Kloppun komandası bu gün doğma meydanda "Lester"i məğlub etsə,ən yaxın izləyicisi "Mançester Siti" ilə xal fərqini 7-yə yüksəldəcək.
İngiltərə Premyer Liqası, 24-cü tur
29 yanvar
"Arsenal" - "Kardiff Siti" - 2:1
Qollar: P. E. Obameyanq, 66-pen. (1:0), A. Lyakazett, 83 (2:0), N. M. Laynq,90 (2:1)
"Fulhem" - "Brayton" - 4:2
Qollar: Qlenn Mürrey, 3, (0:1), 17 (0:2), K. Çambers, 47 (1:2), A. Mitroviç, 58 (2:2), 74 (3:2), L. Vietto, 79 (4:2)
"Haddersfild" - "Everton" - 0:1
Qol: Rişarlison, 3
"Vulherhempton" - "Vest Hem" - 3:0
Qollar: R. Saiss, 66 (1:0), R. Ximenes, 80 (2:0), 86 (3:0)
"Mançester Yunayted" - "Börnli" - 2:2
Qollar: E. Barns, 51 (0:1), K. Vud, 81 (0:2), P. Poqba, 89-pen. (1:2), V. Lindelöf, 90+2
"Nyukasl" - "Mançester Siti" - 2:1
Qollar: S. Aquero, 1 (0:1), S. Rondon, 66 (2:1), M. Ritçi, 80-pen. (2:1)
30 yanvar
"Bornmut" - "Çelsi"
"Sauthempton" - "Kristal Pelas"
"Liverpul" - "Lester"
"Tottenhem" - "Uotford"