"Çelsi"nin yeni transfer hədəfi - Rakitiç

"Çelsi"nin yeni transfer hədəfi -  Rakitiç
DÜNYA FUTBOLU 29 Yanvar 2019 / 20:20 3042
-  A +

“Barselona”nın futbolçusu İvan Rakitiç “Çelsi”nin maraq dairəsinə düşüb.

Qol.az-ın İspaniyanın “Sport” nəşrinə istinadən yaydığı xəbərə görə, London klubu xorvatiyalı yarımmüdafiəçini yayda heyətinə cəlb etmək istəyir.

Britaniya mətbuatı “Barsa”nın mövsümün sonunda “Ayaks”da Frenki de Yonqu transfer edəcəyini əsas gətirərək bu keçidin mümkün olduğunu yazıb.

Qeyd edək ki, Kataloniya klubu ilə 2021-ci ilin yayına qədər müqaviləsi olan Rakitiç bu mövsüm 30 oyuna 3 qol vurub, eyni sayda məhsuldar ötürmə edib.

Son xəbərlər
30.09.24  21:29

De Yonq qayıdır

30.09.24  15:53

Kurtua zədələndi