"Fənərbaxça"nın müdafiəçisinə üç oyunluq cəza

"Fənərbaxça"nın müdafiəçisinə üç oyunluq cəza
DÜNYA FUTBOLU 29 Yanvar 2019 / 17:22 1741
-  A +

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Fənərbaxça"nın futbolçusu Martin Şkrteli cəzalandırıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Türkiyə kubokunda "Ümraniyespor"la cavab matçında rəqibin sifətinə dirsəyi ilə vurduğu üçün qırmızı vərəqə alan slovakiyalı müdafiəçi 3 oyunluq diskvalifikasiya olunub.

Cəzasının bir oyununu dünən Superliqanın 19-cu turunda "Malatyaspor"la qarşılaşmada çəkən Şkrtel "Göztəpə" və  "Kayserispor"la görüşləri də buraxacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner