İtkin düşən futbolçu suyun altında axtarılacaq

İtkin düşən futbolçu suyun altında axtarılacaq
DÜNYA FUTBOLU 29 Yanvar 2019 / 17:01 3057
-  A +

Uelsin "Kardif" klubunun yeni transferi  Emiliano Salanın da içində olduğu itən təyyarənin axtarışları suyun altında davam etdiriləcək.

Qol.az-ın  xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu məqsədlə kampaniya başladan fanatlar təxminən 260 min sunt sterlinq pul toplaya biliblər. Həmin məbləğə texnologiyanın ən son yenilikləri ilə təchiz olunmuş gəmi icarəyə götürülüb. Oyunçunun axtarışları bundan sonra suyun altında aparılacaq.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında çıxış edən "Kardiff" Emiliano Salanı "Nant"dan 20 milyon avroya transfer edib. Argentinalı hücumçu Fransadan Kardiffə xüsusi təyyarə ilə yola salınıb. Ancaq hava gəmisi mənzil başına çatmazdan yarım saat əvvəl radardan itib. Təyyarənin axtarışları bir neçə gün davam etsə də, heç bir nəticə vermədiyindən işlər dayandırılmışdı.

Son xəbərlər
30.09.24  21:29

De Yonq qayıdır