Morata rəsmən "Atletiko"da

Morata rəsmən "Atletiko"da
DÜNYA FUTBOLU 28 Yanvar 2019 / 20:30 3395
-  A +

"Çelsi"nin futbolçusu Alvaro Moratanın "Atletiko"ya keçidi rəsmiləşib.

Qol.az-ın İspaniya klubunun saytına istinadən yaydığı xəbərə görə, 26 yaşlı hücumçu 2019/2020 mövsümünün sonuna kimi icarə əsasında Madrid təmsilçisində çıxış edəcək.

İspaniya mətbuatı "Atletiko"nun "Çelsi"yə 7.5 milyon avro təzminat ödəyəcəyini yazıb. Klub oyunçunun müqavilənin müddəti başa çatdıqdan sonra 40 milyon avro da ödəyərək Moratanı birdəfəlik ala biləcək.

Qeyd edək ki, Morata 2017-ci ilin yayında "Real"dan "Çelsi"yə transfer olunub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner