"Poqba ya "Barselona”ya, ya da “Real”a keçəcək"

"Poqba ya "Barselona”ya, ya da “Real”a keçəcək"
DÜNYA FUTBOLU 28 Yanvar 2019 / 13:15 3791
-  A +

“Mançester Yunayted”in futbolçusu Pol Poqba karyerasını İspaniyada davam etdirə bilər.

Qol.az xəbər verir ki, bunu 25 yaşlı futbolçunun qardaşı Florentin Poqba İspaniya mətbuatına açıqlamasında deyib: O, qardaşının ya “Barselona”ya, ya da “Real”a transfer olacağını bildirib:

 “Pol  “Mançester Yunayted”dən ayrılanda, “Mançester Siti”, “Real” və “Barselona” kimi seçimləri olacaq. “Mançester Siti”yə getməyəcəyi dəqiqdir. Ona görə də, ya “Barselona”ya, ya da “Real”a transfer olacaq”.

Qeyd edək ki, "MY" ilə 2021-ci ilədək müqaviləsi olan fransalı yarımmüdafiəçi bu mövsüm 27 oyuna 10 qol vurub, 8 məhsuldar ötürmə verib.

Son xəbərlər
30.09.24  21:29

De Yonq qayıdır