"Real" 4 qolla qalib gəldi

"Real" 4 qolla qalib gəldi
DÜNYA FUTBOLU 28 Yanvar 2019 / 01:48 3471
-  A +

İspaniya La Liqasında 21-ci turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, bu mövsüm qeyri-sabit çıxışı ilə diqqət çəkən "Real" səfərdə "Espanyol"un qonağı olub. Kifayət qədər məhsuldar alınan matçda "kral klubu" rəqibini 4:2 hesabı ilə məğlub edib. Bu qələbədən sonra xallarının sayını 39-a yüksəldən "Real" 3-cü pillədəki yerini qoruyub. Madrid təmsilçisini hazırda lider "Barselona"dan 10, 2-ci sıradakı "Atletiko"dan isə 5 xal ayırır.

Qeyd edək ki, La Liqada 21-ci tur sabah başa çatacaq.


İspaniya La Liqası, 21-ci tur

27 yanvar

"Espanyol" - "Real"- 2:4
Qollar:
K. Benzema, 4 (0:1), S. Ramos, 15 (0:2), L. Baptistao, 25 (1:2), K. Benzema, 45 (1:3), Q. Beyl, 67 (1:4), R. Rosales, 81 (2:4)

Son xəbərlər
30.09.24  21:29

De Yonq qayıdır