"Beşiktaş"dan ayrıldı, "Korintians"a keçdi - rəsmi

"Beşiktaş"dan ayrıldı, "Korintians"a keçdi - rəsmi
DÜNYA FUTBOLU 26 Yanvar 2019 / 10:54 2520
-  A +

"Beşiktaş" futbolçusu Vaqner Lavla yolları ayırıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı  xəbərə görə, bu barədə İstanbul klubunun nümayəndəsi Ahmet Kavalcı məlumat verib. O,braziliyalı hücumçu ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv etdiklərini bildirib.

34 yaşlı oyunçunun artıq yeni klubu da müəyyənləşib. O, ölkəsinin "Korintians" klubu ilə 2019/2020 mövsümünün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, V.Lav iki mövsümdür oynadığı "Beşiktaş"da 29 matçda 11 qol vurmuşdu.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner