De Xea “Arsenal”a qarşı oynamayacaq

De Xea “Arsenal”a qarşı oynamayacaq
DÜNYA FUTBOLU 25 Yanvar 2019 / 15:50 2043
-  A +

“Mançester Yunayted”in qapıçısı David de Xea İngiltərə kubokunun 1/16 finalında bu gün “Arsenal”la keçiriləcək oyunu buraxacaq.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, ispaniyalı qolkiperin adı matçın iştirak ərizəsinə salınmayıb. Onun zədəli olmadığı bildirilir. Sadəcə, baş məşqçi Ole-Qunnar Sulşer son vaxtlar möhtəşəm oyunu ilə seçilən qapıçıya istirahət verməyi düşünüb.

Qeyd edək ki, “Arsenal” – “Mançester Yunayted” Bakı vaxtı ilə saat 23:55-də başlayacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner