Suares “Barselona”nın təklifini rədd etdi

Suares “Barselona”nın təklifini rədd etdi
DÜNYA FUTBOLU 25 Yanvar 2019 / 13:35 4389
-  A +

“Barselona”nın yarımmüdafiəçisi Denis Suares klubun yeni müqavilə təklifini qəbul etməyib.

Qol.az-ın “Mundo Deportivo”ya istinadən yaydığı xəbərə görə, Kataloniya klubu ispaniyalı futbolçunun sözləşməsini daha 3 il uzatmaq istəsə də, o, “Arsenal”a keçməkdə israrlıdır. Ancaq klub 25 yaşlı futbolçuya London təmsilçisinə keçmək üçün yeni müqavilə imzalamasının əsas şərt olduğunu bildirib. "Barselona" futbolçusunun yalnız icarə əsasında "Arsenal"a keçməsinə razıdır.

Qeyd edək ki, D.Suares bu mövsüm cəmi 8 matçda iştirak edib.

Son xəbərlər
30.09.24  21:29

De Yonq qayıdır