Anridən sərt qərar

Anridən sərt qərar
DÜNYA FUTBOLU 24 Yanvar 2019 / 21:20 4994
-  A +

“Monako”nun baş məşqçisi Tyerri Anri bir neçə futbolçunu əsas heyətdən kənarlaşdırıb.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, futbolçuların adları açıqlanmasa da, onların sayı çoxdur. Anri ancaq öz gələcəyini düşünən, komanda üçün çalışmayan oyunçuları ehtiyata göndərdiyini açıqlayıb.

Qeyd edək ki, "Monako"  21 turdan sonra turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. Komanda Fransa Liqasında son 5 oyunun 2-də uduzub, 3 dəfə heç-heçə edib.

Əlavə edək ki, "Monako"nun uğursuz nəticələrə görə Anrini istefaya göndərəcəyi, əvəzinə komandanın sabiq çalışdırıcısı Leonardu Jardimi gətirəcəyi haqda xəbərlər yayılıb.  

Son xəbərlər
30.09.24  21:29

De Yonq qayıdır