"Barselona" yeni transferinə qiymət qoydu - 400 milyon

"Barselona" yeni transferinə qiymət qoydu - 400 milyon
DÜNYA FUTBOLU 24 Yanvar 2019 / 18:17 5104
-  A +

"Ayaks"ın yarımmüdafiəçisi Frenki De Yonqun "Barselona"ya keçidinin detalları məlum olub.

Qol.az-ın "Mundo Deportivo" nəşrinə istinadən yaydığı xəbərə görə, kataloniyalılar transferinə bonuslarla birlikdə 86 milyon avro ödədiyi 21 yaşlı futbolçu ilə 2023-2024 mövsümünün sonuna kimi müqavilə imzalayıb. İspan klubu hollandiyalı oyunçuya 400 milyon avro təzminat qiyməti qoyub.

Qeyd edək ki, De Yonq "Barselona"ya yayda qoşulacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner