Qanalı yarımmüdafiəçi rəsmən "Barselona"da

Qanalı yarımmüdafiəçi rəsmən "Barselona"da
DÜNYA FUTBOLU 22 Yanvar 2019 / 00:58 4982
-  A +

"Sassuolo"nun futbolçusu Kevin-Prins Boatenqin "Barselona"ya keçidi rəsmiləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, qanalı yarımmüdafiəçi cari mövsümün sonuna kimi icarə əsasında Kataloniya təmsilçisində çıxış edəcək."Barsa" yayda 8 milyon avro  ödəyərək  31 yaşlı oyunçunu birdəfəlik ala biləcək.

İspaniya mətbuatı  La Liqa  klubunun 2 milyon avro icarə haqqı ödəyəcəyini yazıb.

Qeyd edək ki, Boatenq “Milan”, “Şalke”, “Herta” “Tottenhem”, “Borussiya” (Dortmund) kimi klublarda da çıxış edib. O, bu mövsüm A Seriyasında 13 oyuna 4 qol vurub, 1 məhsuldar ötürmə edib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner