Marselo cəzalandırılıb - artıq çəkiyə görə

Marselo cəzalandırılıb -  artıq çəkiyə görə
DÜNYA FUTBOLU 21 Yanvar 2019 / 20:03 3145
-  A +

“Real”ınn futbolçusu Marselonun İspaniya La Lqiasının son turunda “Sevilya” ilə vacib oyunda ehtiyatda qalmasının səbəbi bəlli olub.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın baş məşqçisi Santyaqo Solari braziliyalı müdafiəçini cəzalandırıb.

Məsələ burasındadır ki, 31 yaşlı futbolçu artıq çəkidən əziyyət çəkir. Onun çəkisinin normadan 6 kq artıq  olduğu bildirilir.

Qeyd edək ki, bu mövsüm Madrid klubunun heyətində 19 oyuna 3 qol vuran Marselonun keçmiş komanda yoldaşı Kriştiano Ronaldonun vasitəçiliyilə “Yuventus”a keçəcəyi haqda xəbərlər yayılıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner