Vaqner Lav "Beşiktaş"dan ayrılır

Vaqner Lav "Beşiktaş"dan ayrılır
DÜNYA FUTBOLU 21 Yanvar 2019 / 12:00 2322
-  A +

"Beşiktaş"ın futbolçusu Vaqner Lav yaxın vaxtlarda İstanbul klubundan ayrılacaq.

Qol.az-ın "A Bola"ya istinadən yaydığı xəbərə görə, braziliyalı hücumçu ilə "Beşiktaş" arasında müqavilənin ləğvi ilə bağlı razılıq əldə olunub. Son zamanlar gənclər komandasında məşq edən 34 yaşlı hücumçunun ölkəsinin "Korintians" klubuna keçəcəyi gözlənilir.

Qeyd edək ki, V.Lav iki mövsümdür oynadığı "Beşiktaş"da 29 matçda 11 qol vurub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner