Ronaldo həbs oluna bilər

Ronaldo həbs oluna bilər
DÜNYA FUTBOLU 19 Yanvar 2019 / 12:05 4342
-  A +

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo yenidən məhkəmə qarşısına çıxacaq.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, vergidən yayınmaqda günahlandırılan portuqaliyalı superulduzu həbs cəzası gözləyir. Bundan əvvəl İspaniya Dövlət Xəzinəsinə 18,8 milyon avro ödəməyə hazır olduğunu söyləyən 33 yaşlı futbolçu 2 illik şərti cəza qərarı ilə razılaşmışdı. Ancaq yerli Maliyyə Nazirliyi Ronaldonun yenidən qanunu poza biləcəyini iddia edərək, məhkəmədən onun 2 il müddətinə azadlıqdan məhrum olunmasını tələb edib.

“Real”ın digər sabiq üzvü, hazırda “kral klubu”nun gənclər komandasında məşqçi işləyən Xabi Alonso da vergidən yayınmaqda ittiham olunur. İspaniyalı veteran futbolçunu isə 5 illik həbs cəzası və 4 milyon avro cərimə gözlədiyi bildirilir.

Qeyd edək ki, Ronaldo və Alonsonun məhkəməsi yanvarın 22-də Madrid şəhərində olacaq.

 

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner