“Çelsi” argentinalı yarımmüdafiəçi alır

“Çelsi” argentinalı yarımmüdafiəçi alır
DÜNYA FUTBOLU 16 Yanvar 2019 / 13:17 2653
-  A +

"Zenit"in yarımmüdafiəçisi Leandro Paredes “Çelsi”yə keçməyə yaxındır.

Qol.az-ın "Mirror"a istinadən yaydığı xəbərə görə, uzun müddətdir London klubu ilə danışıq aparan Argentina millisinin üzvü artıq razılığa gəlib. Klublar arasında da danışıqlar müsbət yekunlaşıb. Transferin yaxın günlərdə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Leandro Paredes 2017-ci ilin yayında 23 milyon avro qarşılığında "Roma"dan  Sankt-Peterburq təmsilçisinə keçmişdi.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner