"Arsenal"ın qapıçısı Petr Çex cari mövsümün sonu futbolçu karyerasını başa vuracaq.
Qol.az-ın məlumatına görə, bu barədə 36 yaşlı qolkiper özünün "Tvitter" hesabında yazıb: "Bu, peşəkar futbolçu kimi mənim 20-ci mövsümümdür. Birinci müqaviləmi imzalamağımdan artıq 20 il ötdü. Bu mövsümün sonu karyeramı başa vuracağımı elan etmək istəyirəm. Premyer Liqada 15 il oynadım və qazana biləcəyim hər şeyi əldə etdim. İstədiyim hər şeyə nail olduğumu hiss edirəm. Daha bir kubok qazanmaq üçün "Arsenl"da inadla çalışmağa davam edəcəm".
Qeyd edək ki, P.Çex 1999-cu ildə peşəkar futbolçu karyerasına başlayıb. O, 2002-ci ildən 2004-cü ilə kimi Çexiyanın "Xmel,"Sparta" və Fransanın "Renn" klubunda çıxış edib, 2004-cü ildə "Çelsi"yə keçib. Burada 494 rəsmi matça çıxan Çex 2015-ci ildə "Arsenal"a transfer olunub. Təcrübəli oyunçu 4 dəfə Premyer Liqanın qalibi olub. 5 dəfə İngiltərə kuboku, 3 dəfə İngiltərə Liqa kubokunu qazanıb. O, 1 dəfə Çempionlar Liqasının, eyni sayda Avroliqanın qalibi olub.
Əlavə edək ki, Çex Çexiya millisində 124 matçda meydana çıxıb.
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər
Messidən daha bir dünya rekordu
A seriyasına yüksəldilər, baş məşqçi ilə müqavilə uzadıldı
"Çelsi"nin futbolçusu "Sportinq"ə keçdi
"Qarabağ"dan ayrıldı, yenidən icarəyə göndərildi
Mundiallarda bunu bacaran ilk komanda oldular
Bakıda möhtəşəm boks gecəsi - Şəkillər