"Tottenhem"də ciddi itki

"Tottenhem"də ciddi itki
DÜNYA FUTBOLU 14 Yanvar 2019 / 21:19 2184
-  A +

"Tottenhem"in futbolçusu Harri Keyn zədələnib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun baş məşqçisi Maurisio Poçettino məlumat verib. O, ingilis hücumçunun İngiltərə Premyer Liqasının 22-ci turunda "Mançester Yunayted"ə qarşı matçda zədələndiyini deyib. Argentinalı mütəxəssis 25 yaşlı oyunçunun zədəsinin ciddi olub-olmadığını tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcəyini bildirib.

Qeyd edək ki, H.Keyn cari mövsüm 31 matçda 21 qol vurub, 5 qolun ötürməsini verib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner