“Mançester Yunayted”dən ardıcıl 6-cı qələbə

“Mançester Yunayted”dən ardıcıl 6-cı qələbə
DÜNYA FUTBOLU 13 Yanvar 2019 / 22:23 4048
-  A +

İngiltərə Premyer Liqasında 22-ci turun oyunları keçirilir.

Qol.az xəbər  verir ki, “Mançester Yunayted” səfərdə “Tottenhem”lə qarşılaşıb. Görüş qonaqların qələbəsi ilə başa çatıb – 1:0. Yeganə qolu matçın 44-cü dəqiqəsində Markus Reşford vurub.

Beləliklə, Mançester təmsilçisi Ole-Qunner Sulşer baş məşqçi təyinatından sonra biri kubokda olmaqla keçirdiyi 6-cı oyununda da qələbə qazanıb.

Qeyd edək ki, “MY” 41 xalla turnir cədvəlinin 6-cı, “Tottenhem” isə 48 xalla 3-cü pilləsində qərarlaşıb. Lider “Liverpul”un 57 xalı var.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner