"Atletiko" azarkeşlərindən aksiya - Qodinə görə

"Atletiko" azarkeşlərindən aksiya -  Qodinə görə
DÜNYA FUTBOLU 13 Yanvar 2019 / 18:40 4160
-  A +

İspaniya La Liqasının 19-cu turunda bu gün keçirilən “Atletiko” – “Levante” oyunundan (1:0) əvvəl meydan sahiblərinin azarkeşləri aksiya keçirib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, fanatlar stadionun qarşısına toplaşaraq “İnter”ə keçəcəyi deyilən  komandanın kapitanı Dieqo Qodinin Madrid klubunda qalmasını tələb ediblər.

Qeyd edək ki, mövsümün sonunda müqaviləsi başa çatacaq  argentinalı müdafiəçi “Atletiko”da daha 2 il qalmaq istəyir. Ancaq klub yaşı 30-dan yuxarı futbolçularla maksimum 1 illik müqavilə imzalamaq niyyətindədir. Bu səbəbdən 32 yaşlı futbolçunun klubunu dəyişəcəyi bildirilir. Qodin 2010-cu ildən “Atletiko”da çıxış edir.

 


Son xəbərlər
30.09.24  21:29

De Yonq qayıdır