Karanka istefa verdi

Karanka istefa verdi
DÜNYA FUTBOLU 11 Yanvar 2019 / 14:00 2925
-  A +

İspaniyalı məşqçi Aytor Karanka İngiltərənin "Nottinqem Forest" klubundan ayrılıb.

Qol.az-ın Çempionşip təmsilçisinin rəsmi saytına istinadən yaydığı xəbərə görə, 45 yaşlı mütəxəssis özü istefa verib. Klub rəhbərliyi isə artıq onun 2020-ci ilin yayına qədər olan müqaviləsini ləğv edib. Karanka komandanın uğursuz çıxışlarına görə bu addımı atdığını bildirib.

Qeyd edək ki, Karanka 2018-ci ilin yanvarından "Nottinqem Forest"i çalışdırırdı. Komanda hazırda 7-ci pillədə qərarlaşıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner