"Karyeramda heç vaxt bir mövsümdə bu qədər qol vurmamışdım. Bura gələndə məndən çox şey gözləyirdilər. Oyunumla hamının cavabını verdim. Hətta deyərdim ki, bundan da artığını etdim. Hər il oyunçu keyfiyyətlərimi daha da yaxşılaşdırmaq istəyirəm. Xüsusilə də komandamı yeni mövsümdə Superliqaya çıxarmaq arzusundayam".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın sabiq hücumçusu Dino Ndlovu Çin mətbuatına müsahibəsində deyib. Ötən ilin qışında "Qarabağ"ı "Xançjou Qrintaun" klubuna dəyişən Cənubi afrikalı futbolçu 24 oyuna 19 qol vurub. Ancaq 28 yaşlı forvardın məhsuldarlığı ikinci liqada mübarizə aparan komandasını Superliqaya çıxarmağa kömək etməyib. Bununla bağlı təəssüfünü dilə gətirən Ndlovu yeni mövsümdə qarşıya qoyulan hədəfə çatacaqlarına inandığını söyləyib:
"Bu qədər yaxşı çıxış etdiyimiz mövsümdə Superliqaya çıxa bilməməyimiz məni kədərləndirdi. Bu barədə özümə çox sual verdim. Amma nəzərə almaq lazımdır ki, yeni komandayıq. Artıq daha təcrübəliyik və hədəfimiz elitaya yüksəlməkdir".
Çindəki həyat tərzindən də danışan təcrübəli futbolçu bu ölkənin yeməklərini sevdiyini və dilini öyrənməyə çalışdığını bildirib: "Çinə yeni gələndə ciddi dil problemi ilə üzləşdim. Ancaq indi artıq fikrimi ifadə edə və bəzi cümlələri başa düşə bilirəm. Burada oynamaq mənə digər mədəniyyətlərə hörmət və məsuliyyət hissini öyrətdi. Buradakı hər anımdan zövq alıram. Bir çox Çin yeməyinin dadına baxmışam və demək olar ki, hamısını sevirəm".
Qeyd edək ki, Ndlovu 2016-cı ilin yayından 2018-ci ilin qışına kimi "Qarabağ"ın formasını geyinib.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı
Puxaç millidə əsas heyətdə oyuna çıxdı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video