“Real” Beyli cəzalandırdı

“Real” Beyli cəzalandırdı
DÜNYA FUTBOLU 10 Yanvar 2019 / 15:15 3540
-  A +

“Real”ın futbolçusu Qaret Beyl klubu tərəfindən cəzalandırılıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna La Liqanın 18-ci turunda "Real Sosyedad"la oyunu zədəli olduğu üçün tribunadan izləyən 29 yaşlı hücumçunun matçın 78-ci dəqiqəsində stadionu tərk etməsi səbəb olub.

Uels millisinin üzvünə məbləği açıqlanmayan pul cəzası verildiyi bildirilir.

Qeyd edək ki, Madrid klubunun nizam-intizam qaydalarına əsasən heyətdən kənarda qalan futbolçuların da komandaya dəstək məqsədi ilə tribunadan oyunu sonadək izləməsi mütləqdir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner