"Qızıl zibilqabı"nın yeni sahibi

"Qızıl zibilqabı"nın yeni sahibi
DÜNYA FUTBOLU 10 Yanvar 2019 / 00:55 5357
-  A +

İtaliya A Seriyasında ilin ən uğursuz futbolçusu üçün verilən "Qızıl zibilqabı" mükafatının sahibi müəyyənləşib.

Qol.az-ın "Football Italia"ya istinadən  yaydığı xəbərə görə,  azarkeşlər arasında keçirilən sorğuda hazırda “Atletiko”da çıxış edən Nikola Kaliniç daha çox səs toplayıb.

Ötən mövsüm icarə əsasında "Milan"da oynayan  31 yaşlı hücumçu 49,1 faiz səs yığıb. Xorvatiyalı futbolçu "Milan"da 31 oyuna 6 qol vurub.

"Roma"nın hücumçusu Patrik Şik (19,3%) ikinci, "Milan"ın daha bir hücumçusu Andre Silva (13,3%) üçüncü yeri tutub.

Qeyd edək ki, indiyədək A Seriyasında  Rivaldo, Kristian Vyeri, Rikardo Kuarejma və Adriano kimi futbolçular  “Qızıl zibilqabı” mükafatına layiq görülüb.

Son xəbərlər