“Bavariya” dünya çempionunu aldı - rəsmi

“Bavariya” dünya çempionunu aldı -  rəsmi
DÜNYA FUTBOLU 9 Yanvar 2019 / 13:54 3013
-  A +

“Bavariya”  “Ştutqart”ın futbolçusu Benjamin Pavarı heyətinə cəlb edib.

Qol.az-ın xəbərinə görə, bu barədə klubun idman direktoru Hasan Salihamidziç Almaniya mətbuatına açıqlamasında məlumat verib.

O, 22 yaşlı müdafiəçi ilə 5 iyun tarixindən qüvvədə olacaq 5 illik müqavilə imzaladıqlarını deyib.

Qeyd edək ki, 2018-ci ildə Rusiyada keçirilən mundialda Fransa millisi ilə çempion olan gənc futbolçu  bu mövsüm “Ştutqart”ın heyətində ümumilikdə 14 oyuna çıxıb.

Son xəbərlər