"Fənərbaxça" legionerini göndərir

"Fənərbaxça" legionerini göndərir
DÜNYA FUTBOLU 9 Yanvar 2019 / 12:00 2520
-  A +

Bu mövsüm tarixinin ən uğursuz dönəmini yaşayan "Fənərbaxça" qış fasiləsi zamanı heyətdə dəyişiklik etməyi planlaşdırır.

Qol.az-ın "Fanatik"ə istinadən yaydığı xəbərə görə, İstanbul klubu gözlənilənləri verməyən legionerlərlə yolları ayırmağı planlaşdırır. Artıq mərakeşli futbolçu Aatif Şaeşuenin komandadan göndəriləcəyi dəqiqləşib. 33 yaşlı yarımmüdafiəçinin yeni klubu da məlumdur. O, Superliqanın digər təmsilçisi "Rizəspor"la anlaşıb.

Qeyd edək ki, 2016-cı ildən "Fənər"də çıxış edən Aatif bu mövsüm Superliqada cəmi 3 oyun keçirib və heç nə ilə yadda qalmayıb.

Son xəbərlər