Keyn 160-cı qolunu vurdu, 4-cü oldu

Keyn 160-cı qolunu vurdu, 4-cü oldu
DÜNYA FUTBOLU 9 Yanvar 2019 / 10:18 1729
-  A +

"Tottenhem"in futbolçusu Harri Keyn klubunda 160-cı qolunu vurub.

Qol.az-ın məlumatına görə, o, son olaraq İngiltərə liqa kubokunun yarımfinalında "Çelsi"  ilə oyununun 27-ci dəqiqəsində penaltidən fərqlənib.

Bununla da, qollarının sayını 160-a yüksəldən ingilis hücumçu klub tarixinin ən yaxşı bombardirləri siyahısında 4-cü pilləyə yüksəlib.

Qeyd edək ki, bu göstəricidə ilk pillədə Cim Qrizvadır (266 qol). Bobbi Smit (208) ikinci, Martin Çiversa (174) üçüncüdür.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner