Pike Messi və Fabreqasla ortaq oldu

Pike Messi və Fabreqasla ortaq oldu
DÜNYA FUTBOLU 8 Yanvar 2019 / 22:30 3721
-  A +

“Barselona”nın futbolçusu Jerard Pike komanda yoldaşlı Lionel Messi və “Çelsi”nin yarımmüdafiəçisi Sesk Fabreqasla ortaq olub.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Messi və Fabreqası Pikenin sahibi olduğu “Andorra” klubunun səhmlərindən bir qismini satın alıb.

Ortaqların “Barselona”nın əsas sponsorlarından olan “Rakuten”lə sponsorluq müqaviləsi imzalamaq istədikləri bildirilir.

Qeyd edək ki, “Andorra” İspaniyanın 5-ci divizionunda çıxış edir.

Son xəbərlər