“Barselona”dan “Arsenal”a

“Barselona”dan “Arsenal”a
DÜNYA FUTBOLU 8 Yanvar 2019 / 20:25 3662
-  A +

“Barselona”nın futbolçusu Denis Suares “Arsenal”a keçməyə razılaşıb.

Qol.az-ın “Sport.es”ə istinadən yaydığı xəbərə görə, ispaniyalı futbolçuya “Milan” və “Valensiya”dan təkliflər gəlsə də, o, London klubunu üstün tutub. Kataloniyalıların 24 yaşlı oyunçunu mövsümün sonuna qədər “Arsenal”a icarəyə verəcəyi bildirilir.

Qeyd edək ki, Suares bu mövsüm La Liqada cəmi 2 oyuna çıxıb. Onun “Barsa” ilə 2020-ci ilin iyun ayına qədər müqaviləsi var.

Son xəbərlər