“Beşiktaş” “Milan”dan futbolçu alır

“Beşiktaş” “Milan”dan futbolçu alır
DÜNYA FUTBOLU 8 Yanvar 2019 / 19:55 3568
-  A +

“Beşiktaş” Burak Yılmaz və İsimat Mirinin ardından daha bir transfer etməyə hazırlaşır.

Qol.az-ın Tütkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi “Milan”ın futbolçusu Alen Haliloviçi heyətinə cəlb etməyə yaxındır.

Klub prezidenti Fikrət Ormanın İtaliyaya gedərək “Milan”ın nümayəndələri ilə görüşdüyü və razılıq əldə olunduğu bildirilir. Transferin yaxən günlərdə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, xorvatiyalı yarımmüdafiəçi ötən ilin iyul ayından “Milan”da çıxış edir.
 

Son xəbərlər