Ayaz Quliyev "Spartak"a qayıtdı

Ayaz Quliyev "Spartak"a qayıtdı
DÜNYA FUTBOLU 8 Yanvar 2019 / 18:50 3549
-  A +

"Rostov"un yarımmüdafiəçisi Ayaz Quliyev “Spartak”a qayıdıb.

Qol.az-ın “Sport Ekspress”ə istinadən yaydığı xəbərə görə, azərbaycanlı futbolçunun keçidi sabah rəsmən açıqlanacaq.

Moskva təmsilçisinin Ayaz üçün “Rostov”a 1 milyon avro ödəyəcəyi bildirilir. Futbolçu ilə uzunmüddətli müqavilə imzalanacağı və onun ilinə 1.2 milyon avro qazanacağı qeyd olunub.

Xatırladaq ki, 22 yaşlı futbolçu “Spartak”ın yetirməsidir. O, mövsümün əvvəlində məhz “Spartak”dan “Rostov”a keçmişdi.

Son xəbərlər