"Qalatasaray" Səlcuku göndərə bilər

"Qalatasaray" Səlcuku göndərə bilər
DÜNYA FUTBOLU 8 Yanvar 2019 / 14:14 1992
-  A +

"Qalatasaray"ın kapitanı Səlçuk İnanla yolları ayıracağı gözlənilir.
 
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, İstanbul klubu 33 yaşlı yarımmüdafiəçi ilə bu mövsümün sonu başa çatacaq müqavilənin müddətini yeniləməmək niyyətindədir. Bu, illik 3 milyon avro qazancı olan futbolçunun maaşının azaldılması ilə bağlı təklifdən imtina etməsi ilə əlaqədardır.

Mövsümün sonuna qədər S.İnan maddi məsələdə güzəştə getməsə, bu halda onunla müqavilənin müddətinin uzadılmayacağı bildirilib.


Son xəbərlər