PSJ prezidentin oğlunu icarəyə verdi

PSJ prezidentin oğlunu icarəyə verdi
DÜNYA FUTBOLU 8 Yanvar 2019 / 00:30 3612
-  A +

PSJ gənc futbolçusu Timoti Veanı icarəyə verib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 18 yaşlı hücumçu karyerasını Şotlandiyanın "Seltik" klubunda davam etdirəcək. ABŞ millisinin üzüv Qlazqo təmsilçisində mövsümün sonuna kimi çıxış edəcək.

Qeyd edək ki, Timoti 1995-ci ildə dünyanın ən yaxşı futbolçusu seçilən, hazırda Liberiyanın prezidenti olan Corc Veanın oğludur. O,  atasından fərqli olaraq, Liberiyanın deyil, ABŞ millisində çıxış edir. PSJ-nin yetirməsi olan hücumçu 2018-ci ildən əsas komandada oynayır. 

Son xəbərlər